ABŞ-ın dövlət katibi Con Kerri dünən dövlət başçısı Barak Obamanın BMT-nin Baş Assambleyasındakı bütün çıxışı zamanı əsnəyib. Modern.az xarici mediaya istinadən bildirir ki,
Obama çıxışında Suriyadakı böhran, İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması, Bəşər Əsəd, Avropaya köç edən miqrantlar kimi əhəmiyyətli mövzulara toxunub.Obamanı ön sıralarda dinləyən dövlət katibi Con Kerrinin isə bu müddətdə əsnəməsi kameralarda əks olunub.
Məlumatda qeyd edilir ki, BMT-nin Baş Assambleyasının 70-ci iclası üçün son günlərdə Nyu-Yorkda olan dünyanın müxtəlif ölkələrinin xarici işlər nazirləri ilə sıx görüşlərini davam etdirən Kerrinin bu tempə dözmədiyi hiss olunub.
Modern.az