Modern.az

Kiyevdə Rusiya səfirliyinin yerləşdiyi küçəyə Nemtsovun adı veriləcək

Kiyevdə Rusiya səfirliyinin yerləşdiyi küçəyə Nemtsovun adı veriləcək

29 Sentyabr 2015, 18:05


Kiyevin meri Vitali Kliçko Rusiyanın tanınmış mərhum siyasətçisi Boris Nemtsovun qızı Janna ilə görüşdə Ukrayna paytaxtındakı küçələrdən birinin adının dəyişdirilməsi təklifi ilə çıxış edib.

Modern.az xarici mediaya istinadən bildirir ki, əgər təklif reallaşarsa, onda Rusiya səfirliyinin yerləşdiyi indiki Vozduxoflotski prospekti Boris Nemtsov adlana bilər. Bu il fevralın 27-də gecə Moskvanın mərkəzində qətlə yetirilən siyasətçinin qızı Janna Nemtsova bu təşəbbüsü bəyənib.

Kiyev meri ilə mərhum siyasətçinin qızının görüşü Almaniyanın Köln şəhərində “Express” nəşrinin adından “Lichtgestalt Sport” mükafatının təqdimat mərasimində baş tutub.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var