Modern.az

Erməni əsgərləri bu məkanda məhv edildi - FOTO

 Erməni əsgərləri bu məkanda məhv edildi - FOTO

29 Sentyabr 2015, 20:08

Erməni mətbuatı bir neçə gün əvvəl Azərbaycan ordusunun zərbəsi nəticəsində 4 erməni əsgərinin məhv edildiyi, 16 işğalçının yaralandığı yerin fotolarını təqdim edib.

Modern.az saytı musavat.com-a istinadən xəbər verir ki, şəkillərə əsasən məhv edilmiş ərazi Azərbaycanın Tərtər rayonunun işğal olunmuş hissəsində, Talış kəndindən 3 kilometr cənubda yerləşən poliqondur.

 Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 25-də qoşunların təmas xəttində düşmənin mövqelərimizə basqın etməyə cəhd göstərməsi nəticəsində ağır və qanlı döyüş baş verib.

Döyüşdə Azərbaycan ordusunun əsgəri Məmmədov Elşən Vaqif oğlu şəhid olub, 3 hərbi qulluqçumuz isə yüngül qəlpə yaraları alıb.

 Silahlı Qüvvələrimizin bölmələrinin düşmənə qarşı güc tətbiq etməklə həyata keçirdiyi adekvat tədbirlər zamanı ona endirilən raket-artilleriya zərbələri nəticəsində qarşı tərəfin 4 hərbi qulluqçusu məhv edilib, 16 nəfərədək erməni işğalçısı yaralanıb.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var