Bakının Yasamal rayonunda bədbəxt hadisə baş verib. Modern.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb.
Nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Modern.az