Modern.az

Həmsədrlər Sərkisyanla görüşdə nədən danışdılar? – FOTOLAR

Həmsədrlər Sərkisyanla görüşdə nədən danışdılar? – FOTOLAR

30 Sentyabr 2015, 09:47


Ermənistan prezidenti Serj Sərkisyan Nyu-Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri  İqor Popov (Rusiya), Pyer Andryu (Fransa) və Ceyms Uorliklə (ABŞ) görüşüb.

Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Görüşdə ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi və danışıqların hazırkı mərhələsi müzakirə edilib.  

Son zamanlar cəbhə xəttində atəşkəs rejiminin mütəmadi olaraq pozulması hallarına da toxunulub.


Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var