Modern.az

Deputat müəllimlərin sosial ipoteka problemi ilə bağlı çağırış etdi

Deputat müəllimlərin sosial ipoteka problemi ilə bağlı çağırış etdi

Təhsil

30 Sentyabr 2015, 13:27


 “Orta məktəb müəllimlərinin böyük bir hissəsi sosial ipotekadan yararlana bilmir, ona görə də bu məsələyə xüsusi diqqət ayrılmasını xahiş edirəm”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əmək haqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması əsas gətirilir və onların bir çoxu dövlətin bu sistemindən yararlana bilmirlər. 

“Ona görə də orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var və Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq. Bu, müəllimlərimiz üçün böyük dəstək olardı. Dövlət başçımız cənab İlham Əliyevin sosial ipotekadan daha çox insanlarımızın yararlanması istiqamətində siyasəti, tövsiyyə və tapşırıqları insanlarımız arasında çox yüksək qiymətləndirilir və inanırıq ki, yaxın zamanlarda orta məktəb müəllimlərinin  də  hərbçilərimiz, elm dalınca gedən insanlarımız və bəzi qruplar kimi sosial ipotekadan güzəştli şərtlərlə yararlana bilməsi üçün addımlar atılacaq”.

Deputat onu da vurğulayıb ki, orta məktəb müəllimlərinin əksəriyyətinin əmək haqları sosial ipotekadan geniş yararlanmağa imkan vermədiyi üçün onlarla bağlı ilkin ödəniş, kreditlərin müddəti, həcmi və faizləri ilə bağlı xüsusi yanaşma mexanizmlərinə ehtiyac var və inanırıq ki, gələn il sosial ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsait artdığından bu məsələ də həllini tapa biləcək.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var