Modern.az

AMİP sədrinə teleqramdan sonra imza vərəqələri verildi

AMİP sədrinə teleqramdan sonra imza vərəqələri verildi

30 Sentyabr 2015, 15:31


37 saylı Nizami birinci (Gəncə) seçki dairəsinin sədri Faiq Hacıyev sənədlərin təqdim edildiyi gündən 9 gün keçməsinə baxmayaraq, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)  sədri Yusif Bağırzadəyə imza vərəqələri verməkdən imtina edirdi. Bununla bağlı AMİP bəyanat da yaymışdı.

AMİP-in baş katibi Arzuxan Əlizadə Modern.az-a açıqlamasında  məsələnin dünən həll olunduğunu deyib:  

“Biz Mərkəzi Seçki Komissiyasına teleqram vurduq. MSK-nın katibi Mikayıl Rəhimovla görüşdük. Bütövlükdə yaranan problemi hərtərəfli açıqladıq. Seçki dairəsinin sədrinin açıq-aşkar özbaşınalıq etdiyini dedik.

MSK-nın sədri Məzahir Pənahova yazdığımız ərizədən sonra,  bu qurum səviyyəsində məsələyə müdaxilə olundu. Dünən günortadan sonra imza vərəqələri verildi və dairə sədri geri çəkilməyə məcbur oldu. Seçki Məcəlləsinə uyğun olaraq imza vərəqələrinin toplanmasına bu gün başlanılıb”.  

Dairə Seçki Komissiyasının sədri imza vərəqlərini AMİP sədrinə verməməsinə ilə heç bir əsaslı səbəb göstərməyib.    

Namidə BİNGÖL  

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var