Modern.az

Ərəb şeyxi Bakıda 10 min dollar “çayavoy” verdi

 Ərəb şeyxi Bakıda 10 min dollar “çayavoy” verdi

Təhsil

2 Oktyabr 2015, 20:58

 18 milyard sərvəti olan Dubay əmirinin varisi, bu yaxınlarda qardaşı dünyasını dəyişən şahzadə Hamdan bin Məhəmməd bin Rəşid əl-Məktum bir neçə gün öncə Azərbaycana səfərə gəlib.

Şahzadə və qonaqları Hacıqabula gəlməzdən öncə Bakıda "Fairmont Baku, Flame Towers" otelinin ən lüks nömrəsində gecələyiblər. Bu zaman maraqlı bir hadisə baş verib.

 Modern.az xəbər veriri ki, oteldə çalışanların azvision.az-a verdiyi məlumata görə, şahzadə işçilərdən birinə sürpriz edib. 

Oteldə çalışanların bildirdiyinə görə, şahzadə xanım işçilərdən birinə yaxşı xidmət göstərdiyinə görə yüksək məbləğdə ənam (“çayavoy”) verib.

 Pulun məbləğinin 10 min dollar olduğu bildirilir. Sayt məsələ ilə əlaqədar otellə əlaqə saxlayıb. Oradan bildirilib ki, həmin xanımın kim olması barədə onlarda heç bir məlumat yoxdur. Qeyd edək ki, ərəb zəngin Hamdan bin Muhammed bin Rəşid əl-Maktum bir neçə dəfə Azərbaycana səfərə gəlib. O sonuncu səfərində Hacıqabul rayonunda olub.

 Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək