Modern.az

Əli Kərimlinin müşaviri həbs olundu

Əli Kərimlinin müşaviri həbs olundu

3 Oktyabr 2015, 19:40



AXCP sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. 

Modern.az saytı xəbər verir ki, o, Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsilə başlanmış cinayət işi üzrə şübhəli bilinir.

AXCP Məmməd İbrahimin həbsini qanunsuz və sifarişli olduğnu bəyan edib. Nərimanov rayon Məhkəməsind işə baxan hakim Məzahir Sadıqov AXCP üzvünün həbsinə qərar verib.

Məmməd İbrahim "AXCP Etimad Qurultayı" adlandırılan təşkilat komitəsinin rəhbəri Razi Nurullayevin dəstəsindəki Mikayıl Quliyevin şikayət ərizəsi əsasında başlanmış cinayət işi üzrə sentyabrın 30-da şübhəli şəxs qismində saxlanılıb. Mikayıl Quliyev bildirib ki, Məmməd İbrahim ona qəfil hücum edərək vurub, köynəyini cırıb.

Məmməd İbrahim isə saxlanılmamışdan əvvəl Facebook-da bildirmişdi ki, Mikayıl Quliyev özü ona hücum edib.

Sözügedən insident sentyabrın 29-da baş verib. Hadisədən az sonra sonra polislər gələrək, Məmməd İbrahimi Nərimanov rayonundakı 18-ci polis bölməsinə aparmışdılar.

Məmməd İbrahim ittiham olunduğu Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Məsələyə münasibət bildirən AXCP sədri Əli Kərimli deyib ki, cinayət işinin özünün saxta olması bir tərəfə, bu maddə ilə ittiham olunan şəxsə qarşı 2 aylıq həbs qətimkan tədbiri seçmək hüquqi absurdur..

Modern.az 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək