Modern.az

Şəhid Həsən Həsənovu anım mərasimi keçirildi - FOTOLAR

Şəhid Həsən Həsənovu anım mərasimi keçirildi - FOTOLAR

4 Oktyabr 2015, 12:49

Oktyabrın 4-ü Kəlbəcərdə öldürülmüş Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənovun dəfnolunma günüdür. Modern.az saytının məlumatına görə, Həsən Həsənovun məzara qoyulmasının ildönümü ilə əlaqədar bu gün onun məzarı başında anım mərasimi keçirilib. Mərasimdə mərhumun doğmaları ilə yanaşı, onun tanıyan və tanımayan insanlar iştirak ediblər.

1978-ci ildə Cəbrayıl rayonunda anadan olan Həsən Həsənov 2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. İyulun 11-də ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun danışıqlardan sonra Azərbaycan vətəndaşı Həsən Həsənovun nəşi ötən il oktyabrın 2-də qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib. Mərhum ötən il oktyabrın 4-də Binəqədi qəbiristanlığında dəfn edilib.








Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək