ABŞ-a səfəri başa çatan Ermənistan prezidenti Serj Sərkisyanın Karneqi Fonunda etdiyi çıxışların bəzi detalları məlum olub. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, 2018-ci ildə 2-ci prezidentlik müddəti başa çatacaq Sərkisyanın artıq özünə varis müəyyənləşdirdiyini yazıb:
“2018-ci ildən sonra prezident olacaq xələfimin adını bilirəm. Amma qorxuram ki, onun adını indi açıqlasam, həmin şəxs lider olana qədər cəhənnəm günləri yaşayacaq. Mən bilirəm o kimdir və hesab edirəm ki, istənilən dövlət başçısı varisinin kimliyini müəyyən etməlidir”.
Bununla belə, Sərkisyan 2018-ci ilə qədər ölkədə Konstitusiya dəyişikliklərinin olacağını və ölkənin parlament respublikasına çevriləcəyini anons edib.
Karneqi fondundakı çıxışında Sərksiyan Türkiyə ilə sərhədlərin yaxın gələcəkdə açılması ehtimalının olmadığını da qeyd edib.
Vüqar İsmayılov