Oktyabrın 4-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Mirbağır Bağırov həyətində ağacdan yıxılaraq ölüb.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, oktyabrın 3-də Yardımlı rayonunun Urağaran kəndində yaşayan Ramiz İmanov və Samux rayonunun Kolayır kəndində yaşayan Tofiq Əliyev də həyətlərində qoz ağacından yıxılaraq dünyalarını dəyişiblər.
Oktyabrın 3-də Samux rayonunun Ziyadlı kəndində avtomobillərin yuyulması sexində işləyən Bəxtiyar Məmmədov isə elektrik cərəyanı vurması nəticəsində ölüb.
Modern.az