Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. İclasda ANS TVı tərəfindən “Televiziya və radio yayımı haqqında” Qanunun tələblərinin pozulduğu əsas gətirilərək, bu televiziyanın cərimələnməsi barədə qərar çıxarılıb.
MTRŞ “Reklam haqqında” 15 may 2015-ci il tarixli 1281-IVQ saylı Qanunun 13.2-ci madəsinə, İnzibati Xətalar Məcəlləsinin 187-1.0.5-ci maddəsinə uyğun olaraq, ANS televiziyasını bir neçə verilişə görə 54 min manat məbləğində cərimələyib.
Modern.az saytı ANS televiziyasının prezidenti Vahid Mustafayev və vitse-prezident Mirşahin Ağayevlə əlaqə saxlayıb. Hər iki rəsmi hazırda toplantıda olduqlarını deyərək cavab verməkdən imtina ediblər.
Görünən odur ki, MTRŞ-nın kəsdiyi cərimə ANS-çiləri təcili toplantı keçirməyə vadar edib...
Gülşən RAUFQIZI