Modern.az

Ombudsmanın səlahiyyəti artırıldı

Ombudsmanın səlahiyyəti artırıldı

6 Oktyabr 2015, 12:45


Milli Məclisin bugünkü iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunda dəyişikliklər müzakirə olunub.

Modern.az-ın məlumatına görə, dəyişikliklərə əsasən, Ombudsman Aparatında Milli preventiv qrup yaradılır və bu qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil ola bilər.

Qanuna edilən dəyişiklik qəbul edilib.  

Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək