Modern.az

Məşhur özbək müğənni Bakıda şairin evinə gəldi - FOTOLAR

Məşhur özbək müğənni Bakıda şairin evinə gəldi - FOTOLAR

6 Oktyabr 2015, 14:09

Azərbaycanda mahnıları dinlənilən və sevilən Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva Bakının iki günlük qonağı olub. 

Modern.az saytı xəbər verir ki, paytaxta Azad Azərbaycan telekanalının layihələrindən olan "Yenə o bağ olaydı" verlişinin heyəti, xüsusilə əməkdar artist Aygün Bəylərin dəvəti ilə gələn Nəsibə xanım maraqlı təəssüratla qayıdıb. Verlişin yeni mövsüm buraxılışında çəkilən Nəsibə Abdullayeva sevilən mahnılarını ifa edib.

Nəsibə xanımla eyni verlişə onunla ailəvi dostluq münasibəti olan əməkdar incəsənət xadimi Baba Vəziroğlu çəkilib. Verlişdə daha çox bəstəkar Kamalın və Baba Vəziroğlunun birgə müəllif mahnıları səsləndirilib. Nəsibə xanımın repertuarını kiçi yaşlarından dinləyən Aygün Bəylər dəvətini qəbul edib, məhz verlişin çəkilişi üçün Bakıya gəldiyi üçün ona minnətdarlığını bildirib. 

Verlişi sənət mübadiləsi, musiqilər, xatirələr üzərində quran Aygün Bəylər sonda Nəsibə Abdullayeva ilə birlikdə hər iksinin repertuarını bəzəyən "Nigaranam" mahnısını səsləndiriblər. 

Qeyd edək ki, həmin gün Nəsibə xanım Baba Vəziroğlunun evində qonaq olub. 






Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək