Modern.az

Müsavat Partiyası seçkidən İMTİNA EDƏ BİLƏR

Müsavat Partiyası seçkidən İMTİNA EDƏ BİLƏR

6 Oktyabr 2015, 15:06

Müsavat başqanı Arif Hacılı bu gün partiyanın ötənilki qurultaydan sonrakı bir il müddətdində fəaliyyəti və parlament seçkiləri ilə bağlı məytbuat konfransı keçirib. 

Modern.az xəbər verir ki, mətbuat konfransında çıxış edən Arif Hacılı Müsavat Partiyasının parlament seçkisini boykot edə biləsəyini söyləyib.

Onun sözlərinə görə, hakimiyyətin seçkini saxtalaşdlırmaq ehtimalı böyükdür. A.Hacılı deyib ki, yerlərdə Müsavatın namizədlərinə ciddi problemlər yaradılır. Bir neçə dairədə İcra hakimiyyəti orqanları Müsavatın namizədlərinin imzatoplamasına imkan verməyib, onların deputatlığa namizəd kimi qeydə alınmasını əngəlləyib.

A.Hacılının sözlərinə görə, yaxın günlərdə Müsavatın seçkidə iştirakı məsələsi partiyanın Divanda müzakirə ediləcək. Mümkündür ki, seçkilərdə iştirakdan imtina edilsin.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək