Modern.az

Prezident Baş nazir müavininin qızına rütbə verdi

Prezident Baş nazir müavininin qızına rütbə verdi

6 Oktyabr 2015, 17:26


Azərbaycan Prezidenti İlham Əliyev Günay Elçin qızı Əfəndiyevaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, Günay Əfəndiyeva Azərbaycan Tibb İnstitutunun məzunu olub. Az bir müddətdə ixtisası üzrə işləyən G.Əfəndiyeva sonra Türkiyədə diplomatik fəaliyyətə başlayıb. Belə ki, o, 2004-cü ildə Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda işə qəbul edilib və bununla da Günay Əfəndiyevanın diplomat karyerası başlayıb.

G.Əfəndiyeva 4 il (2004-2008) Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Daha sonra o diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib. Belə ki, o, İstanbuldakı faəliyyətini başa vurub Bakıya qayıdandan sonra YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub.
G.Əfəndiyeva hazırda da bu postda - YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi olaraq çalışmaqdadır.

Qeyd edək ki, bu qurum Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində yerləşir. Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasına xarici işlər naziri Elmar Məmmədyarov sədrlik edir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək