Modern.az

İraq ailəsində Angela doğuldu

İraq ailəsində Angela doğuldu

6 Oktyabr 2015, 20:50

Almaniyada məskunlaşan iraqlı qaçqın ailəsində yeni doğulan qız uşağına Angela adı verilib.

Modern.az Die Welt nəşrinə istinadən məlumat verir ki, iraqlılar körpəni Almaniya kansleri Angela Merkelin şərəfinə adlandırıblar. Uşaq Hannover şəhərində dünyaya gəlib. Bundan 18 gün əvvəl ailə Bağdaddan çıxıb. Onlar Türkiyə, sonra da Yunanıstan və Avstriyadan keçərək Almaniyaya qaçıblar.

Almaniya hökuməti ilin sonunadək ölkəyə 1,5 milyon qaçqın gələcəyini ehtimal edir.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək