Modern.az

Çeçenistanda toyda atəş açmaq, içmək qadağan edildi

Çeçenistanda toyda atəş açmaq, içmək qadağan edildi

6 Oktyabr 2015, 22:58


Qroznı şəhər meriyası çeçen ənənələri üzrə toy mərasimlərinin keçirilməsi qaydalarının toplusunu hazırlayıb. Modern.az xarici mediaya istinadən bildirir ki, bu qaydalara görə, toyda bütün növ silahdan atəş açmaq, müvafiq olmayan paltarda mərasimə gəlmək və spirtli içki qəbul etmək qadağan edilir.

Bundan əlavə, ədəbsiz atmacalar və hərəkətlər, eləcə də akrobatika hərəkətləri, iki və daha çox partnyorla rəqs etmək qəti qadağandır.

Bu azmış kimi, rəqs barədə xahiş etmək qadağandır, rəqs zamanı az məsafədə uzanmış əlləri, rəqs zamanı oğlan ilə qıza isə məsafəni azaltmağa icazə verilmir.

Bu qaydalar pozularsa, restoranların, yaxud banket zallarının administratorları polis çağırmağa borcludurlar. Sənəd artıq qüvvədədir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək