Modern.az

Yusif Bağırzadə AMİP sədrliyindən və partiyadan İSTEFA VERDİ

Yusif Bağırzadə AMİP sədrliyindən və partiyadan İSTEFA VERDİ

Təhsil

7 Oktyabr 2015, 09:53


Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə partiya sədrliyindən və üzvlüyündən istefa verib.

Bu barədə APA-ya Y. Bağırzadə özü bildirib. Onun sözlərinə görə, istefaya səbəb səhhətində problemlər yaranmasıdır.

Xatırladaq ki, bu ay partiyanın qurultayının keçirilməsi gözlənilir. 

Modern.az xatırladır ki, AMİP sədri Yusif Bağırzadə noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini irəli sürsə də, onunla 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi arasında narazılıq yaranmışdı. Dairədən Y.Bağırzadəyə vaxtında imza vərəqələri verilmədiyindən o, seçki marafonunda hərəkət edə bilmədi və namizədlikdən geri çəkilməyə məcbur oldu.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək