Modern.az

“Özlərini “din alimi” kimi təqdim edənlər qeyri-obyektiv fikirlərinə görə məsuliyyət daşıyırlar”

“Özlərini “din alimi” kimi təqdim edənlər qeyri-obyektiv fikirlərinə görə məsuliyyət daşıyırlar”

7 Oktyabr 2015, 10:33


Noyabrın 1-də Milli Məclisə növbəti seçkilər keçiriləcək. Seçkilər yaxınlaşdıqca KİV-lərdə müxtəlif səpkili fikirlər səslənir. Təəssüf ki, bu fikirlər bəzən cəmiyyətdə ajiotaj yaratmağa, ictimai rəyi çaşdırmağa yönəlir. Son zamanlar cəmiyyətin dindar kəsimini düşünülmüş şəkildə bu çirkin niyyətlərə alət etmək cəhdlərinə də rast gəlirik.

Ayrı-ayrı şəxslər dindarlar adından çıxış edərək, onların səsverməyə getməyəcəkləri və seçkiləri boykot edəcəkləri haqqında cəfəng iddialar səsləndirirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri vəzifəsini icra edən Rüstəm Ramazanov Modern.az saytına bildirib ki, bəzi dairələrin reallığı əks etdirməyən bu cür fikirlər yayması qəbuledilməzdir:

“Çoxəsrlik tarixi köklərə malik mənəvi dəyərlərimiz və onun özəyini təşkil edən müqəddəs dinimizdən belə uğursuz cəhdlərdə vasitə kimi istifadə olunması təşəbbüsü dərin təəssüf doğurur.

Ölkə hüdudlarından kənarda özlərinə havadarlar axtaran, dini siyasiləşdirənlərin, xüsusilə parlament seçkiləri öncəsi Azərbaycan dindarları adından əsassız fikirlər səsləndirməsi bəzi dairələrin bəd niyyətləri üçün dini inancdan yararlanmaq istəyindən xəbər verir”.

Rüstəm Ramazanov deyib ki, demokratik, hüquqi, dünyəvi dövlət olan Azərbaycanda hansısa şəxsin, xüsusilə də əsl məqsəd və məramları bəlli olmayan dairələrin təsirində olan qeyri-legitim qurumların, yaxud özlərini belə qurumların “rəhbər”ləri kimi təqdim edənlərin dindarlar adından danışmağa nə hüquqi, nə də mənəvi haqqı var:

“Eyni zamanda, özlərini “din alimi” kimi təqdim edənlərin başqalarının adından qeyri-obyektiv fikirlər yaymaq cəhdləri özlüyündə mənəvi və hüquqi məsuliyyət məsələsidir.  Bu mövzuda çox konfessialılığı ilə səciyyələnən  ölkəmizdə mövcud olan dini mərkəz, dini konfessiyalar və onların rəhbərləri münasibət bildirə və dindarlar adından danışa bilərlər.

Birmənalı şəkildə demək olar ki, respublikamızda fəaliyyət göstərən dini icma və qurumlar seçki prosesində yaxından iştirak etməklə, özlərinin vətəndaşlıq borcunu yerinə yetirəcəkdir. Azərbaycan dövləti bütün sahələrdə uğurla inkişaf edir və seçicilər inkişafa, rifaha, sabitliyə səs verəcəklər”.      

Gülşən RAUFQIZI  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək