Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxdığı barədə xəbər yayılıb. Xəbəri yayan AzVision.az saytı bildirir ki, nazir uzun müddətdir ki, dərslərə gəlmədiyi üçün kafedra müdiri vəzifəsindən kənarlaşıb..
Əmək və Əhalinin Sosial Nüdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Elman Babayev isə Modern.az saytına açıqlamasında bu məlumatın yalnış olduğunu bildirib.
“Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakı Biznes Universitetinin Maliyyə kafedrasının müdiri vəzifəsindən çıxmayıb. Cənab nazir dərslərdə ən aktiv iştirak edən kafedra müdiridir. Mətbuatda cənab nazirin həmin vəzifədən çıxması barədə məlumatlar doğru deyil”-deyə R.Babayev vurğulayıb.
Modern.az