Modern.az

Lukaşenko yol hərəkəti qaydalarını pozdu: Prezident cərimə oluna bilər - FOTO

Lukaşenko yol hərəkəti qaydalarını pozdu: Prezident cərimə oluna bilər - FOTO

7 Oktyabr 2015, 12:24

Belarus prezidenti Aleksandr Lukaşenko yol hərəkəti qaydalarını pozduğu üçün yol polisi tərəfindən cərimə oluna bilər. Modern.az saytı Belarus KİV-nə istinadən xəbər verir ki, paytaxt Minskdə dairəvi yolun açılışında iştirak edən Lukaşenko yeni yolu yoxlamaq üçün maşınla şəxsən şütüyüb. Lakin ölkə başçısı hərəkət zamanı Belarus yol hərəkəti qaydalarını pozaraq,  sükan arxasında təküləsizlik kəmərini taxmayıb. Faktı sübut edən foto və video görüntülər də artıq internet məkanında yerləşdirilib.

Belarusda təhlükəsizlik kəmərindən istifadə etməyəyə görə tətbiq edilən cərimə məbləği 180 min Belarus rublu (10 ABŞ dolları) təşkil edir.


Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək