Modern.az

“Kənd məktəblərində oxuyan gənclər ödənişli təhsildən azad olunsun” –Deputatdan təklif

“Kənd məktəblərində oxuyan gənclər ödənişli təhsildən azad olunsun” –Deputatdan təklif

7 Oktyabr 2015, 13:34

Bu gün Milli Məclisin bir neçə komitəsinin birgə iclasında Azərbaycan Respublikasının 2016-cı il üzrə dövlət büdcə layihəsi ilə bağlı müzakirələr keçirilib.

Modern.az xəbər verir ki, çıxış edın millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlərin verilməsini istəyib: “Ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanlarımız hər zaman böyük fədakarlıqla heç bir çətinlikdən və düşmən təxribatlarından çəkinməyərək öz evlərində yaşamaqda davam edərək düşmənə ən layiqli cavabı verirlər və bu gün bu cür kəndlərimizə dövlət tərəfindən dəstəyi daha da artırmaq yaxşı olardı. Ön cəbhədə yaşayan insanlarımız hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısı altındadır”. 

“Bu kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması yaxşı olardı. Hər halda o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var. Belə kəndlərə qoyulan sərmayə azdır. Həmin ərazilərdə iş quran adamların vergidən azad olunması yaxşı olardı. Bu, həmin yerlərdə yeni iş yerlərinin açılmasına da təsir edərdi. Sosial yardımların təyin edilməsində də müəyyən dəstək göstərilməsi yaxşı olardı”.

Deputat Maliyyə naziri Samir Şərifovun Bakı şəhərindən sonra 2016-cı ildə də 12 rayon və şəhərin orta məktəb müəllimlərinin  diaqnostik qiymətləndilirməsinin həyata keçiriləcəyi və bunun onların əmək haqlarının artımına təsiri ilə bağlı da danışıb:

“Bu rayonların arasında ilkin mərhələdə Ermənistanla ön cəbhə rayonlarının da olması vacibdir. Və bu istiqamətdə işlər görülməsi məqsədəuyğundur”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək