Oktyabrın 6-da Yerevandakı əsəb xəstələrinin müalicəsi üçün nəzərdə tutulan xəstəxanada Roza A. Özünü pəncərənin məhəccərindən asıb. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, intihar edən qadın 2011-ci il sentyabrın 6-da 4 və 6 yaşlı iki oğlunu öldürüb. Məlumatda qeyd edilir ki, elə həmin vaxt Roza oğlanlarını öldürdükdən sonra özü də intihar etməyə cəhd göstərib.
O, iki azyaşlı oğlunu asdıqdan sonra onların meyitlərini çarpayının altına yerləşdirib.
Modern.az