Modern.az

Rektor tələbələrin suallarını cavablandırdı

Rektor tələbələrin  suallarını cavablandırdı

7 Oktyabr 2015, 13:40

Azərbaycan  Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı akt zalında tələbələrlə görüş keçirib. Bakalavr təhsili alan I və IV kurs tələbələri ilə keçirilən “Açıq qapı” da rektora müxtəlif  mövzularda suallar ünvanlanıb. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsind’n Modern.az-a verilən məlumata görə,  tələbələr tərəfindən qaldırılan bir çox problemlərin həlli ilə bağlı prorektor və dekanlara göstərişlər verilib.

Rektor belə görüşlərin semestr ərzində iki dəfə -  başlanğıc və imtahanlar ərəfəsində keçiriləcəyini, hər bir görüşdə tələbələrin öz fikirlərini ifadə etmələri üçün onlara sərbəstlik veriləcəyini qeyd edib. Onun sözlərinə görə, bu görüşlər elə bir müstəvidə olacaq ki, hər bir iştirakçı bundan zövq alacaq.





Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək