Modern.az

Nazirlikdən hava şəraitinin pisləşəcəyinə dair yeni XƏBƏRDARLIQ

Nazirlikdən hava şəraitinin pisləşəcəyinə dair yeni XƏBƏRDARLIQ

7 Oktyabr 2015, 14:28


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə oktyabrın 8-dən 11-dək  ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi  yerlərdə leysan xarakterli olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, oktyabrın 9-dan temperaturun ötən günlərlə müqayisədə kəskin 7-10 dərəcə aşağı enəcəyi ehtimal olunur.

Tibbi-meteoroloji proqnoz
    
Oktyabrın 8-9-da Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, oktyabrın 8-də atmosfer təzyiqinin xeyli yüksələcəyi, güclü xəzri küləyinin əsəcəyi, oktyabrın 9-da havanın temperaturunun ötən günlərlə müqayisədə kəskin enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.

Modern.az

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək