Modern.az

Hərəsi üç cümləlik üç hekayə

Hərəsi üç cümləlik üç hekayə

7 Oktyabr 2015, 16:30

1.     İndi də yaş senzi?! Bəs Yaşıltəpənin rəhbəri işləyən dədənin neçə yaşı var? Bu sözü dedi və iş otağına qayıdıb divardan asılmış papağını mıxqarışıq qoparıb sürətli addımlarla qırx ildən artıq işlədiyi idarənin qapısından birdəfəlik çıxdı.

2.     Neçə gün idi ki, arxasınca kölgə kimi sürünən iş yoldaşının yanında bircə kəlmə də kəsmirdi. Bilirdi ki, nə desə, dərhal müdirin ovcuna qoyacaq bu şeytansifət. Axırda dözmədi və ucadan səsləndi: - Mən dünən ölmüşəm, sabah Təzəpirdə üçümdür.

3.     Vəzifədən çıxandan sonra bütün dostları, qohumları, badə yoldaşları bir-bir buxarlanırdı. Bir gün onlardan biri ilə təsadüfən rastlaşanda sözarası havaya bir yalan buraxdı ki, bəs iki gündür Yaşıltəpə Ərazi İdarəsinə rəhbər müavini təyin olunub.  Ertəsi günü həyət darvazasının ağzında müxalifətin mitinqindəkindən də çox qohum-əqrəba, dost-tanış yığışmışdı.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək