Modern.az

Metroda qatar dayandı- Sərnişinlər panikaya düşdü

Metroda qatar dayandı- Sərnişinlər panikaya düşdü

7 Oktyabr 2015, 21:27

Bakı metrosunun “İçərişəhər” stansiyasında qatarın hərəkəti  qəfildən dayanıb. Sərnişinlərdən birinin Modern.az-a verdiyi məlumata görə qatarın dayanması sərnişinlər arasında panikaya səbəb olub. Metropoliten işçilərinin, maşinistlərin cəhd etsələr də qatarı hərəkətə gətirə bilməyiblər. Buna  görə  metro işçiləri sərnişinləri təxliyyə etməyə çalışıblar.

Təxminən 30 dəqiqəyə yaxın vaxtda qatarın hərəkətini bərpa etmək mümkün olub. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Musavat.com-a açıqlamasında bildirib ki, "Həzi Aslanov" istiqamətində hərəkət edən 11 saylı qatar texniki nasazlıq səbəbindən işə düşməyib. Bu səbəbdən problem həll olunana qədər təxminən yarım saat ərzində qeyd olunan stansiyada qatar hərəkətsiz olaraq qalıb. Lakin artıq problem öz həllini tapıb".

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək