Modern.az ans press-ə istinadən xəbər verir ki, yanğın nəticəsində məktəbin 24 kv metr sahəsi olan bir sinif otağı tamamilə yanıb. Yanğın əsasən otağın tavan hissəsini alovlandırıb.
Hadisə yerinə saat 21:54-də FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin 2 yanğın söndürən maşını və canlı qüvvəsi cəlb olunub. Lakin yanğın söndürənlər gələnədək kənd sakinləri yanğının digər sinif otağlarına keçməsinə imkan verməyərək alovu lokallaşdıra biliblər. FHN-nin Xaçmaz Dövlət Yanğından Mühafizə hissəsinin nümayəndələri köhnə məktəbdə qaz olmadığını bildirərək, yanğının qısa qapanma nəticəsində baş verdiyini istisna etməyiblər. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılaraq təyin ediləcək.
Xaçmaz təhsil şöbəsinin müdürü Mədinə Nürmməmədova səhər tezdən əməkdaşlarını hadisə yerinə yollayaraq yanğın nəticəsində məktəbə dəyən zərərin hesablanacağını bildirib.
Modern.az