Modern.az

NATO-nun baş katibi: “Xəzər dənizindən Suriyaya endirilən raket zərbələrindən narahatıq”

NATO-nun baş katibi: “Xəzər dənizindən Suriyaya endirilən raket zərbələrindən narahatıq”

8 Oktyabr 2015, 11:22


NATO-nun baş katibi Yens Stoltenberq ötən gün Rusiyanın Xəzər dənizindəki hərbi donanmasının Suriyaya qanadlı raketlərlə zərbələr endirməsindən narahatlığını bəyan edib. Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bunu jurnalistlərə qısa açıqlamasında deyib: “NATO Rusiyanın qanadlı raketlərlə Suriyadakı hədəflərə zərbə endirməsindən narahatdır”.

Bundan başqa, baş katib hərbi blokun Türkiyəni istənilən xarici təhlükələrdən qoruyacağını da vurğulayıb: “NATO bütün müttəfiqlərini, o cümlədən Türkiyəni bütün təhlükələrdən qorumağa hazırdır. Müntəzəm olaraq vəziyyəti Türkiyə hökuməti ilə birlikdə gözdən keçiririk”.

Mətbuat konfransı NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin sammiti öncəsi təşkil olunub.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək