“Rusiya prezidenti Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın hədələrindən məlumatlıdır”.
Modern.az Rusiya KİV-nə isitnadən bildirir ki, bu barədə Vladimir Putinin mətbuat xidmətinin rəhəbri Dmitri Peskov məlumat verib. Amma mətbuat katibi dövlət başçısının hadisəyə hansı reaksiyanı verdiyini söyləməyib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın Suriyadakı hərbi əməliyyatlarda iştirak etməsi səbəbindən və ölkənin hava məkanını pozduğu üçün rus qazından imtina edə biləcəklərini bildirib.
Vüqar İsmayılov