“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı və “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə oktyabrın 15-dən aprelin 15-dək “Dünya rəssamları” sərgisi təşkil olunacaq.
Bu haqda Modern.az saytına qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, sərgi metronun “Nəriman Nərimanov” stansiyasının keçidlərində təşkil ediləcək:
“Sərgi “Metro gallery” layihəsi çərçivəsində təqdim olunacaq. Sərgidə dünyanın tanınmış rəssamlarının əsərlərindən ibarət 85 əsər nümayiş olunacaq”.
İyulun 15-dən noyabrın 15-nə qədər “Gənclik” stansiyasının keçidlərində “Metro Gallery” layihəsi çərçivəsində foto əsərlərdən ibarət sərgi sərnişinlərin ixtiyarına verilib. 39 iştirakçının 92 əsəri əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilərək nümayiş üçün haqq qazanıb.
Gülşən RAUFQIZI