Modern.az

Aydın Abbasov Ozanda... ®

Aydın Abbasov Ozanda... ®

29 Oktyabr 2010, 18:52

28 oktyabr 2010-cu il tarixdə 37 saylı Nizami Birinci (Gəncə) seçki dairəsindən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov növbəti görüşünü Gəncə şəhərinin Ozan və ətraf küçələrinin sakinləri ilə keçirdi.  

Görüşün ağşam saatlarına təsadüf etməsinə baxmayaraq artıq günortadan sonra yerli sakinlərin görüş yerinə axını başlamışdı. Kluba yerləşməyən insanlar isə ərazini tərk etməyib, onu heç olmasa qıraxdan da olsa seyr etməyə üstünlük verirdilər. Şox səmimi şaraitdə keçirilən görüşdə çıxış edən  böyükdən kiçiyə kimi hamı deputatlığa namizəd Aydın Abbas oğlu Abbasovun Milli Məclis deputatı kimi son beş ildəki fəaliyyəti haqda ürəkdolusu danışdı. Onlarla sakin ölkəmizdə gedən geniş quruculuq işlərini, aparılan beynəlxalq siyasəti dəstələdiklərini qeyd etdilər.

Görüsdə o da vurğulandı ki, bizim Aydının son beş ildəki aydın fəaliyyəti Gəncəlilər tərəfindən rəğbətlə qarşılanır və dəstəklənir. Yerli sakinlər həmçinin fəxrlə qeyd etdilər ki, deputat Aydın Abbasov onları Milli Məclisdə, Avropa Şurasında və digər beynəlxalq strukturlarla yüksək professionallıqla təmsil edir. Gəncə sakinləri onun qayğısını daima hiss edirlər.            

Görüşdə çıxış edən Milli Məclis deputatlığına namizəd Aydın Abbasov özünün deputatlıq fəaliyyəti haqda seçicilərə geniş məlumat verdi və onları hamılıqla 7 noyabr parlament seçkilərində fəal iştirak edərək yüksək Gəncəli adına və ənənələrimizə sadiqliklərini nümayiş etdirməyə çağırdı.   

Görüşün sonunda sakinlər deputatlığa namizədə onları maraqlandıran suallar və deputat tapşırıqları verdilər.

 


Seçki qərargahı      

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi