Modern.az

Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşdü-FOTOLAR

 Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşdü-FOTOLAR

10 Oktyabr 2015, 21:17

105 saylı Tovuz  Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva Tovuzda seçiciləri ilə görüşüb. Bu barədə Modern.az-a Q. Paşayeva özü məlumat verib:

"Bu gün Tovuzda, Qovlar şəhərində təbliğat-təşviqat kampaniyası çərçivəsində dəyərli seçicilərimizlə gözəl və önəmli söhbətimiz, fikir mübadiləmiz oldu. Bildirdim ki, 10 il ərzində dəyərli insanlarımızı layiq olduqları səviyyədə təmsil etməyə çalışdım. Mənə etimad göstərdikləri üçün təşəkkür etdim. Əgər təkrar etimad göstərilərsə yenə də sizi layiq olduğunuz səviyyədə təmsil etməyə, gücümün çatdığı qədər sizə, millətimiz və dövlətimizə xidmət etməyə çalışacağam"- dedim. 

Q. Paşayeva seçicilərin dəstəyindən məmnun qaldığını bildirib: “Bu gün Qovlar Mədəniyyət Evində görüşdə iştirak edən hər bir sakinimizə, seçicimizə təşəkkürümü bildirirəm. Ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan,regionda və dünyada son illlər baş verən proseslərdən, Milli Məclisdə qəbul olunan bir sıra qanun, əlavə və dəyişikliklərdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyətdən də danışdıq. Yeni seçki platformamı geniş açıqladıq, sualları cavablandırdıq, sakinlərimizin təkliflərini dinlədik. Müəyyən problemləri olan seçicilərimizlə ayrı-ayrılıqda da görüşüb, geniş müzakirə apardıq və onları narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görüldü”.

Q. Paşayeva bəzi başqa  kəndlərdə də seçicilərlə görüşlər keçirib.

 

 

 

 

 

Modern. az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək