Modern.az

Moskvada toyda atəş açan azərbaycanlı tutuldu

Moskvada toyda atəş açan azərbaycanlı tutuldu

12 Oktyabr 2015, 14:02

Moskva şəhərində toy zamanı havaya atəş açan azərbaycanlı könüllü şəkildə polisə təsil olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın paytaxtının Xəzər və Yerevan küçələrinin kəsişməsində toy karvanını hərəkəti zamanı 29 yaşlı azərbaycanlı maşından çıxaraq travmatik tapançadan atəş açıb.  

Bundan sonra Moskva polisi toy iştirakçılarından 16 nəfəri saxlayaraq bölməyə gətirib.  

Saxlanılanlar arasında olan 29 yaşlı azərbaycanlı maşınların hərəkəti zamanı havaya atəş açaraq, sonradan tapançanı yerə atdığını etiraf edib.  

Rusiya polis idarəsinin mətbuat xidmətinin rəhbəri Andrey Qaliakberov ictimai asayişi pozan azərbaycanlı barədə “xuliqanlıq” maddəsi ilə cinayət işi açılacağını deyib.      

Vüqar İsmayılov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək