Modern.az

Nazir müavini oğluna toy etdi

 Nazir  müavini oğluna toy etdi

12 Oktyabr 2015, 21:37

Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyevin ailəsində toy çalınıb.

Modern.az  AzNews.az-a istinadən  xəbər verir ki, iki gün əvvəl (10 oktyabr) oğlu Emin Hacıyev evlənib. Bakının dəbdəbəli şadlıq saraylarından olan Bulvar Otel restoranında baş tutan mərasimdə ölkənin bir çox yüksək vəzifəli şəxsləri, o cümlədən Fövqəladə Hallar Naziri Kamaləddin Heydərov da iştirak edib. 

E.Hacıyevin sadə bir ailənin qızıyla evlədiyi deyilir. 

Qeyd edək ki, Orucəli Məmməd oğlu Hacıyev 1959-cu ildə aprelin 20-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Naxçıvan Dövlət Pedaqoji İnstitutu və Bakı Dövlət Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək