Modern.az

Azercell 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

 Azercell 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12 Oktyabr 2015, 21:46

 

Azercell şirkəti 9-11 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisinə qatılıb. Modern.az bildirir ki, sərgidə Azercell-in ayrıca stendi nümayiş etdirilib. Şirkətin nümayəndələri ilk növbədə mövcud olan Tələbə Proqramları haqqında ətraflı məlumat paylaşıb və eyni zamanda Azercell-də işə qəbul olunmaq arzusunda olanların bütün suallarını cavablandırıblar. Azercell-də karyera qurmaq istəyən gənclərə məsləhətlər verilib və onların müraciətləri üçün xüsusi elektron ünvan yaradılıb.

Son illər ərzində mütəmadi olaraq Azercell-in təşəbbüsü ilə şirkət tərəfindən Karyera Günləri təşkil edilir. Hər il baş tutan bu cür tədbirlər zamanı şirkətdə işləmək istəyən istedadlı gənclərlə görüşlər keçirilir, Azercell-in fəaliyyəti, iş prinsipləri barədə ətraflı məlumat verilir. Şirkətin elan etdiyi Tələbə Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda Azercell-in həyata keçirildiyi Sosial Layihələrin böyük bir qismi də təhsillə bağlıdır. Məlumat üçün deyək ki, oktyabrın 1-dən etibarən “Azercell Telekom” MMC Tələbə Proqramına başlayıb. Proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər “Azercell” şirkəti tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaqlar. Bununla yanaşı, bu tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq. Eyni zamanda Noyabr ayında Bölgə Tələbə Proqramı 2015 başlaması nəzərdə tutulub. Proqram çərçivəsində, Gəncədə, Mingəçevirdə, Naxçıvanda və Lənkəranda təqdimatlar keçiriləcək və tələbələrə bu proqramda iştirak etmək şansı veriləcək. Proqramda iştirak üçün  Ali təhsil ocaqlarının bakalavr pilləsinin son iki kursunda təhsil alan və yaxşı qiymətləri olan tələbələr müraciət edə biləcək.

Azercell şirkəti bundan sonra da istedadlı gənclərin uğurlu karyera qurması üçün öz dəstəyini göstərəcək.   

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək