
Tacikistanda dövlət başçısının müxtəlif fikirləri əsasında “Emomali Rahmon: Millətin sağlamlığı – əvəzsiz sərvətdir” adlanan kitab nəşr olunub. Modern.az xarici mediaya istinadən bildirir ki, bura Tacikistan prezidentinin1997-ci ildən 2015-ci ilədək ölkənin bütün regionlarının sakinləri, gənclər, ən yaxşı idmançıları ilə qarşısında çıxışları, məktubları və açıqlamaları daxil edilib. Bundan başqa kitabda Tacikistan Respublikasının qanunları, hökumətin qərarları da yer alıb.
Kitabın müəllifi Tacikistanda tanınmış idman jurnalisti və şərhçisi, Milli Olimpiya Komitəsinin müşaviri Narzullo Latipovdur. Orta Asiya respublikalarında vaxtaşırı dövlət başçılarının müəllifi olduğu, yaxud iştirakı ilə kitablar nəşr olunur.
2014-cü ilin oktyabr ayında Türkmənistanda prezident Qurbanqulu Berdımuhəmmədovun romanı əsasında “Dövlət quşu” tamaşasının premyerası keçirilib. “Dövlət quşu” romanı 2013-cü ildə nəşr olunub. Mədəniyyət Nazirliyindəki mənbə isə iddia edib ki, bu romanın real müəllifi prezident yox, jurnallardan birinin əməkdaşı Orazqulu Annaevdir.
Buna qədər Türkmənistan prezidentinin adından müxtəlif mövzularda kitablar buraxılıb. Onların arasında “Türkmənistan – sağlam və yüksək mənəviyyatlı insanlarım ölkəsidir”, “Adı həmişə xoş” (Berdımuhəmmədovun babası haqda), “Canlı əfsanə” (türkmən xalçaları haqda) və “Axaltekinli – bizim fəxrimiz və şöhrətimizdir” kitabları var.
Modern.az