Modern.az

Uçan oğlanın yeni rəvayəti – Bakı İMAX-da

Uçan oğlanın yeni rəvayəti – Bakı İMAX-da

6 Oktyabr 2015, 19:38

Piter Penin nağılını kim bilmir ki? Bu oğlan xəritədə mövcud olmayan ölkədə yaşayır, uçmağı bacarır. Uşaqlara kömək edir və …böyümür.

Həmişə nağılı maraqlı oxumuşuq. Amma rəvayətdən də Piter Penin böyüməməsinin səbəbi açıqlanmayıb. Amerikan kinematoqrafçıları bu nağıla yeni nəzər salaraq Piter Penin kim olması, onun necə uçmağa başladığına aid film çəkiblər.

Jurnalistlər Park Cinema sayəsində “Piter Pen: Olmayan ölkəyə səyahət” filmini Bakıdakı İMAX kinoteatrından hər kəsdən öncə 3D formatında izləmək imkanını qazandılar.

 Düzünü desək, film uşaqlar üçün kifayət qədər cəlbedicidir, rəngarəng və komik səhnələrlə zəngindir. Məchul ada, orada yaşayan dəniz quldurları, pərilər, hindular və çıqqıldayan timsah... Bunların hamısı filmdə də var. Lakin film müəllifləri klassik əsərdəki qəhrəmanları bir qədər dəyişiblər. Məsələn, qəddar kapitan Qarmaq müsbət obraza çevriilb. Onun yerini həmişə cavan qalmaq istəyən Qara Saqqal tutub.

Piter Pen isə hələ filmin əvvəlində uçmağı bacarmır. Onu anası körpə ikən atıb gedir. Bir sözlə, baxmaq üçün əsaslar kifayət qədərdir.

Qeyd edək ki, Ceyms Barrinin sevimli ingilis nağılının yeni versiyasının rejissoru Co Raytdır. Baş rollarda Hyu Cekman, Amada Seyfrid, Runi Maroy, Qarret Hedlund və Kara Delevi çəkiliblər.  


Əziz Manaflı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək