Oktyabrın 12-də 86 saylı İsmayıllı seçki dairəsindən deputatlığa namizəd Novruz Aslanov İsmayıllı rayonunun səfalı guşələrindən biri olan, mədəniyyətimizin inkişafına töhfələr verən Basqal qəsəbəsi və onun ətrafında yerləşən Mücü, Xankəndi, Tağlabiyan kəndlərində sakinlərlə görüşlər keçirib.
Modern.az xəbər verir ki, ilk olaraq Mücü kəndində sakinlər ilə görüşdə N. Aslanov dövlətin həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumatlar verib. Regionlarda sosial-iqtisadi sahənin inkişafı sayəsində günbəgün gözəlləşən rayonlarımızın sırasında İsmayıllı rayonunun xüsusi yeri olduğunu bildirib.
Sakinlər tərəfindən verilən sualları cavablandıran N. Aslanov bir daha öz platformasında nəzərdə tutulmuş işlər haqqında danışaraq sakinlərin problemlərinin hər zaman diqqətdə saxlanılacağını vurğulayıb. Tağlabiyan, Xankəndində N. Aslanovu çox səmimi qarşılayan sakinlər bu seçkilərdə ona uğurlar arzuladılar və onun rayon üçün gördüyü işlərədən razı qaldıqlarını bildirdilər.
Basqal qəsəbəsində məktəbdə keçirilən görüşdə sakinlər Novruz Aslanovu xüsusi hərarətlə qarşıladılar. Sakinlər tərəfindən gül-çiçəklə qarşılanan Novruz Aslanovun ağsaqqalların xeyir-duası ilə bu seçkilərdə də uğur qazanacağına inandıqlarını bildirərək onun Basqal qəsəbəsi üçün gördüyü işlərdən danışdılar.
Xüsusilə, qəsəbəyə təbii qazın çəkilişini önə çəkən sakinlər Novruz Aslanovun əhaliyə etdiyi yardımlara və digər işlərə görə öz təşəkkürlərini bildirdilər və onunla bir eloğlu kimi fəxr etdiklərini söylədilər.