Milli Məclisin bu gün keçirilən iclasında 2016-cı il dövlət büdcə layihəsi müzakirəyə çıxarılıb.
Modern.az saytının məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, bütün problemlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı davamlılığını qoruyub saxlayıb.
“Büdcə layihəsi göstərir ki, növbəti ildə də iqtisadiyyatın real artımı gözlənilir. Gələn ilin gəlir və xərclərində azalma baş verib amma büdcənin sosial yönümü qorunub saxlanılıb. Büdcə azaldılmasının əsas hissəsi Neft Fondundan transfertlərin azalmasında hiss olunub.
Bu azalma 42 faiz təşkil edir. İnvestisiya layihələrinin müəyyən müddət təxirə salınması hesabına büdcə xərcləri azaldılıb. Büdcə zərfi komitə iclaslarında geniş müzkairə olunub və plenar iclasa verilib”,-deyə o söyləyib.
Qeyd edək ki, baş nazir Artur Rasizadə də parlamentin iclasında iştirak edir.
Aytən Zəhra