Məşhur kanadalı aktyor Viktor Qarber 16 ildir ki, vətəndaş nikahında yaşadığı həmcinsi Rayner Andersonlə evlənib.
Modern.az saytının məlumatına görə, 66 yaşlı aktyor bu xəbəri öz İnstagram səhifəsində paylaşıb.“Biz bunu etdik” haşteqi ilə paylaşılan xəbər qısa müddətdə Amerika şou-biznesinin əsas xəbərlərindən birinə çevrilib.
Viktor Qarber Azərbaycan tamaşaçısına daha çox rejissor Ceyms Kemeronun “Titanik” filmindəki biznesmen və gəminin tərtibatçısı Tomas Endryus obrazı ilə tanışdır.
Vüqar İsmayılov