Modern.az

Hesablama Palatasının sədri: “İlk dəfə olaraq bununla bağlı vəsaitlər nəzərdə tutulub”

Hesablama Palatasının sədri: “İlk dəfə olaraq bununla bağlı vəsaitlər nəzərdə tutulub”

13 Oktyabr 2015, 14:39


“Bu ilin ötən dövründə əsas makroiqtisadi parametr olan ümumi daxili məhsulun real artım tempi qorunub saxlanılıb”.  

Modern.az-ın xəbərinə görə bunu Milli Məclisin bu günki plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.  

O qeyd edib ki, 2016-cı il üçün qeyri-neft sektorunun payının yüksəlməsi, əhalinin gəlirlərinin artması və sosial müdafiə baxımından həssas olan vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı çoxşaxəli tədbirlər proqnozlaşdırılıb.  

“2015-ci ilin ötən dövrü müxtəlif istiqamətli iqtisadi və siyasi proseslər, bu proseslərin doğurduğu ehtimal olunan və gözlənilməz nəticələr, həmçinin bütün bu proseslərə əhəmiyyətli dərəcədə təsir göstərən silahlı münaqişələrin güclənməsi ilə xarakterizə oluna bilər”.  

V.Gülməmmədov bildirib ki, müxtəlif qurumların və maliyyə agentliklərinin verdikləri proqnozları ümumilləşdirsək, orta müddətli dövrdə neftin qiyməti barədə büdcə sənədlərindəki proqnoz göstəricisi məqbuldur və ehtiyatlı yanaşmadır.  

Palata sədri deyib ki, büdcə gəlirlərində təkmilləşdirmə işləri növbəti ildə də davam etdiriləcək:  

“Növbəti ildə ötən illərdən fərqli olaraq büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarla yanaşı, məqsədli büdcə fondlarından daxilolmalar da proqnozlaşdırılıb.  

Gələn il üçün dövlət büdcəsi xərclərinin funksional bölmələrinin tərkibi təkmilləşdirilib, bir sıra bölmələrdə əməyin ödənişi, subsidiya və transfertlərlə bağlı ilk dəfə olaraq vəsait nəzərdə tutulub”.

Aytən Zəhra

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək