Dünyada iqtisadi böhran olsa da Azərbaycan hər hansı iqtisadi sarsıntılar keçirtməyək, ikirəqəmli inflasiya olmayacaq, neft ölkəsi olsaq da neftdən asılılıq olmayacaq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Aydın Mirzəzadə deyib. O qeyd edib ki, düşünülmüş siyasət nəticəsində Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirib.
Aydın Mirzəzadə bildirib ki, Azərbaycan infrastruktur layihələrini əvvəlki illərdə həyata keçirib.
“Bundan sonrakı illərdə möhkəm bünövrəyə söykənərək digər layihələr həyata keçiriləcək. İki sahə-hərbi sahə, sosial yönümlü sahələrdə ayırmalar azalmayacaq və bir qədər də artacaq”.
Deputat qeyd edib ki, Mingəçevirdə dövlət universitetinin yaradılması yüksək qiymətləndirilməlidir. Bununla yanaşı o, Mingəçevirdə hərbi liseyin yaradılması təklifini də səsləndirib:
“Hətta paytaxtdakı universitetlərin bəziləri, hərbi məktəblər ora köçürülə bilər. Təklif edirəm ki, Mingəçevrdə hərbi lisey yaradılsın”.
Aydın Mirzəzadə ipoteka məsələsinə də toxunub:
“Çətinliklərə baxmayaraq ipoteka məsələsi diqqətdə saxlanardı. Güzəştli ipotekanın verilməsi tikinti sektorunun inkişafına, büdcəyə daxil olmaların artmasına, gənc ailələrə yardımçı olardı.
Təhsil kreditləri məsələsi ilə bağlı təhsil naziri bildirib ki, 11 dövlət universitetində xüsusi maarif fondu yaradıraq təhsil krediti məsləsini qismən həll edəcəklər.
Nəzərə alsaq ki, 40-dən çox təhsil müəssisəsi, 10-dan çox özəl təhsil müəssisəsi var, demək on minlərlə gəncin təhsil kreditinə ehtiyac var. Bu məsələyə diqqət edilsə də yaxşı olardı”.
Aytən Zəhra