“Bir il bundan əvvəl Azərbaycan Dövlət Pedoqji Universitetinə qəbul olan tələbələrdən cəmi 19 nəfəri 500-dən artıq bal topladığı halda, bu il onların sayı 10 dəfə(188 nəfər) artıb”.Modern.az xəbər verir ki, bu barədə Təhsil nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
O qeyd edib ki, bu müəllimlik ixtisasına artan marağın göstəricisidir.“Ali məktəblərə qəbul zamanı birinci yerdə məhz müəllimlik ixtisasını yazan, qəbul imtahanlarında 500-dən artıq bal toplayan 300 tələbəyə Təhsil Nazirliyi tərəfindən 100 manat həcmində “Gələcəyin müəllimi” təqaüdünün verilməsi gələcək müəllimlərə əlavə stimul verib. Artıq 600 tələbə bu təqaüdə layiq görülüb”.
Aytən ZƏHRA