Modern.az

1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

13 Oktyabr 2015, 17:48


Azərbaycanda indiyə qədər 1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Modern.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, indiyə qədər dairələrdə müşahidəçi kimi qeydiyyatdan keçən şəxslərin sayı 22 606 nəfəri ötüb: "Eyni zamanda 20 ölkədən 138 müşahidəçi qeydiyyatdan keçib".

MSK sədri bu günə qədər Komissiyaya deputatlığa namizədliyin qeydə alınması ilə bağlı təqdim olunan 64 müraciətdən 15-nin təmin olunduğunu bildirib.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək