Ötən gecə “Avro-2016”nın seçmə mərhələsinə yekun vurulub. Modern.az xəbər verir ki, H, A və B qruplarında son oyunlar keçirlib.
H qrupunda Azərbaycan millisi qrupda son matçına çıxıb. Komandamız səfərdə Bolqarıstanın qonağı olub. Bu görüş hər iki komanda üçün formal xarakteri daşıyırdı. Millimiz Bakıda olduğu kimi, səfərdə də rəqibinə uduzub - 0:2. Qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmaları arasında Bakıda baş tutan görüşdə qonaqlar qələbəyə sevinib - 1:2.
Azərbaycanlı azarkeşlərin də diqqətlə izlədiyi A qrupunda Türkiyə millisi evdə İslandiyanı qəbul edib. Fatih Terimin komandası bu görüşdə qalib gələcəyi təqdirdə Avropa çempionatının final mərhələsinə vəsiqə verən pley-off oyunlarına qatılmaq şansı qazanacaqdı.
Lakin "ay ulduzlu" komanda bundan artığını bacarıb. Doğma meydanında İslandiyanı 1:0 hesabı ilə məğlub edən Türkiyə yığması ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Buna həm də qrupda Qazaxıstanın səfərdə Latviyanı 1:0 hesabı ilə məğlub etməsi şərait yaradıb.
S | Komandalar | O | Q | H | M | T_F | Xal |
1. | İtaliya | 10 | 7 | 3 | 0 | 16:7 | 24 |
2. | Xorvatiya | 10 | 6 | 3 | 1 | 20:5 | 21 |
3. | Norveç | 10 | 6 | 1 | 3 | 13:10 | 19 |
4. | Bolqarıstan | 10 | 3 | 2 | 5 | 9:12 | 11 |
5. | Azərbaycan | 10 | 1 | 3 | 6 | 7:18 | 6 |
6. | Malta | 10 | 0 | 2 | 8 | 3:16 | 2 |
A qrupu
Türkiyə - İslandiya - 1:0
Hollandiya - Çexiya - 2:3
Latviya - Qazaxıstan - 0:1
S | Komandalar | O | Q | H | M | T-F | Xal |
1. | Çexiya | 10 | 7 | 1 | 2 | 19:14 | 22 |
2. | İslandiya | 10 | 6 | 2 | 2 | 17:6 | 20 |
3. | Türkiyə | 10 | 5 | 3 | 2 | 14:9 | 18 |
4. | Hollandiya | 10 | 4 | 1 | 5 | 17:14 | 13 |
5. | Qazaxıstan | 10 | 1 | 2 | 7 | 7:18 | 5 |
6. | Latviya | 10 | 0 | 5 | 5 | 6:19 | 5 |
B qrupu
Belçika - İsrail - 3:1
Uels - Andorra - 2:0
Kipr - Bosniya və Hersoqavina - 2:3
S | Komandalar | Q | H | M | T-F | Xal | |
1. | Belçika | 10 | 7 | 2 | 1 | 24:5 | 23 |
2. | Uels | 10 | 6 | 3 | 1 | 11:4 | 21 |
3. | Bosniya və Hersoqovina | 10 | 5 | 2 | 3 | 17:12 | 17 |
4. | İsrail | 10 | 4 | 1 | 5 | 16:14 | 13 |
5. | Kipr | 10 | 4 | 0 | 6 | 16:17 | 12 |
6. | Andorra | 10 | 0 | 0 | 90 | 4:36 | 0 |