Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə növbəti dəfə deputatlığa namizədliyini irəli sürməsinin səbəbini açıqlayıb. O, Modern.az saytına deyib ki, növbəti dəfə deputatlığa namizədliyimi irəli sürməkdə 3 əsas amil rol oynayıb.
Arif Rəhimzadənin sözlərinə görə, burada əsas faktor Yeni Azərbaycan Partiyasının üzvü olması və partiyanın onun adını yenidən bu siyahıya yazmasıdır:
“İkincisi gücüm, qüvvətim buna imkan verir ki, yenidən deputat olum. Üçüncüsü, yerlərdə seçicilərim mənə etimad göstərir”.
Deputat qeyd edib ki, seçildiyi dairə üzrə rəqabət əvvəlkindən güclüdür. “9 rəqibim var və hər biri siyasi partiya üzvüdür”.
Arif Rəhimzadə 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəddir.
Aytən ZƏHRA