13 oktyabr 2015-ci il tarixdə 86 saylı İsmayıllı Seçki Dairəsindən deputatlığa namizəd Novruz Aslanovun təbliğat-təşviqat kampaniyası davam edib.
Novruz Aslanovun oktyabrın 13-də Milli Məclisdə Azərbaycan Respublikasının dövlət büdcəsinin müzakirəsində iştirak etməsi səbəbindən namizədin vəkilləri, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov, Əziz Qocayev, Rövşən Əliyev, Elton Bayramov və digər qərargah üzvləri İsmayıllı rayonunun Göytəpə, Balik, Kürdeldarbəyli və Gideyli kəndlərinin seçiciləri ilə görüşlər keçiriblər.Görüşdə Novruz Aslanovun İsmayıllı rayonunda gördüyü işlərdən söhbət açılıb, xüsusilə sakinlər bu barədə vəkillərlə səmimi söhbətlər aparıblar.
Məlumat üçün bildirək ki, oktyabrın 14-də Novruz Aslanov parlamentin iclasında iştirak edəcək. Təşviqatı onun səlahiyyətli nümayəndələri və vəkilləri aparacaqlar.
Modern.az